Slimfit
  1. TARİX

Azərbaycanda suya qərq olmuş şəhər aşkar edilib

Azərbaycanda suya qərq olmuş şəhər aşkar edilib
Sakura

Suya qərq olmuş şəhər - Bəndovan

Salyanda Xəzər dənizinin sahilinə orta əsrlərdə suya qərq olmuş şəhərin qalıqları çıxıb. Tarixçi alimlərin sözlərinə görə, bu maddi-mədəniyyət nümunələri 13-cü əsrdə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bəndovan şəhərinə məxsusdur. Nümunələr tarix muzeyində və Şirvan Milli Parkının ekoturizm mərkəzində saxlanılır.

Ləpələr Xəzər dənizinin sahilinə orta əsrlərə aid məişət əşyaları çıxarıb.

Görüntülər Salyandandır. Üzə çıxan bu maddi-mədəniyyət nümünələri dənizə qərq olmuş orta əsr şəhərlərindən birinin qalıqlarıdır. 1969-cu ildə burada məşhur arxeoloq alim Viktor Kvaçidze ilk arxeoloji tədqiqatlar aparıb. Fasilələrlə 1987-ci ilə kimi aparılan araşdırmaların sonu böyük tarixi faktları ortaya çıxarıb. Məlum olub ki, bu nümünələr dənizin altında qalmış böyük şərhərin qalıqlarıdır. Tarixi nümünələr Bəndovan burnunda aşkar edildiyi üçün bu şəhərləri şərti olaraq I Bəndovan və II Bəndovan adlandırıblar. Alimlər II Bəndovanın Güştəsfi şəhəri olduğu qənaətindədirlər. Hətta burda ekspedisiyaya rəhbərlik edən Viktor Kvaçidze də bu fikirdə olub.

Tarixçi alimlər I və II Bəndovan şəhərlərinin tarixinin IX-XIII əsrlərə deyil, daha qədimlərə gedib çıxdığı fikrindədirlər. O vaxtlar burada məskunlaşan əhali dulusçuluqla yanaşı, həm də kənd təsərrüfatı ilə də məşğul olub.

Batmış iki şəhərin ərazisindən tapılan maddi mədəniyyət nümunələri tarix muzeyində və Şirvan Milli parkının ekoturizm mərkəzində qorunub saxlanılır. Mütəxəssislərin fikrincə, parkda ekoturizmi inkişaf etdirmək üçün çox böyük imkanlar var. Milli parkın əsrarəngiz flora-faunasi ilə yanaşı zəngin tarixi abidələrini tanıtdırmaq üçün yeni layihələr hazırlanarsa, xarici turistəri bu əraziyə cəlb etmək mümkündür.

Mənbə: Xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR