Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb

Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb
Sakura

Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb

İyulun 20-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 634 698-ə çatıb.

Ens.az xəbər verir ki,bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronaviruslu xəstələrin sayı 8 037-yə bərabərdir. Xəstələrdən 344 nəfəri reanimasiyadadır ki, onlardan da 58-i süni tənəffüs cihazına qoşulub.

Ötən gün isə süni tənəffüs cihazına qoşulanların sayı 63 nəfər idi.

Xatırladaq ki, iyulun 20-də Azərbaycanda koronavirus infeksiyasına daha 369 yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR