Slimfit
  1. TARİX

Azərbaycanda Sovetin əvvəllərinə kimi tədris olunan Sərf və Nəhiv kitabı

Azərbaycanda Sovetin əvvəllərinə kimi tədris olunan Sərf və Nəhiv kitabı
Sakura

Azərbaycanda Sovetin əvvəllərinə kimi tədris olunan Sərf və Nəhiv kitabı

Ərəb dilinin qrammatikası iki yerə bölünür. Morfologiya və Sintaksis. Morfologiyadan Sərf elmi bəhs edir. Sintaksisdən isə Nəhv elmi.

Böyük türkoloq Mirzə Kazım bəy "Türk-tatar dilinin ümumi qrammatikası” (Kazan, 1839, 1846) kitabı Azərbaycan dilinin ilk elmi qrammatikası kitabıdır.

Qafur Rəşad Mirzəzadə və Məhəmməd Sadiq Axundovun Azərbaycan dilinin qrammatik quruluşuna aid yazdığı ilk dərslik 1910-cu ildə “Buxariyyə” mətbəəsində çap olunan “Rəhbəri-sərf” dərsliyidir. Ərəb əlifbası 66 səhifədən ibarət ibarətdir.

1918-ci ildə Qafur Rəşad Mirzəzadə, Məhəmməd Sadiq Axundov. “Sərf və nəhv”.kitabı nəşr edilmişdir.

1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı orta məktəblərdə ana dilinin tədrisi səviyyəsini yüksəltmək üçün xüsusi “Komission” təşkil etdi. “Sərf komissionu” adı ilə dilçilik tariximizdə məşhur olan bu müəlliflər qrupu həmin ildə “Türkcə sərf-nəhv” adlı bir qrammatika dərsliyi hazırlayıb orta məktəb şagirdləri və müəllimlərinin istifadəsinə verdi”

1924-cü ildə nəşr olunan “Türkcə sərf-nəhv” dərsliyi “Sərf komissionu” imzası ilə verilən “Bir iki söz” başlıqlı giriş və üç bölmə ilə birlikdə 147 səhifədən ibarətdir. “Girişdə” yazılır: “Bütün vətəndaşlara məlumdur ki, türk dilinin qaydalarını həqiqilə göstərəcək bir sərf və nəhv kitabımız olmadığından onun tədrisində, yazılışında çox güclük çəkilməkdə, bu üzdən də bir - birinə bənzəməyən yazı şəkilləri meydana çıxmaqdadır. Bugünkü ictimai quruluşu və xalqa yaxınlaşmaq şüarı qarşısında belə qırıq-sökük qəvaid kitablarıyla dilimizi doğru bir şəklə qoymayacağımız gün kimi aşkardır”. 

“Sərfin tərifi” adlanan birinci bölmədə sərf, dil, səslər, heca və ahəng haqqında məlumat verilir. Bu bölmədə dildə 41 hərfin olduğu göstərilir və bunlardan səkkizinin uzunsəsli, 33-nün isə qısasəsli hərflər olduğu qeyd olunur.

“Əgər bir kəlmənin birinci hecası qalın isə, yerdə qalan hecalar qalın, incə isə ondan sonra gələn hecalar da incə olaraq gəlir ki, buna ahəng qanunu deyilir”

Dərslikdə “Tənqit” (durğu işarələri) başlıqlı bir mövzu vardır.

Dərslikdə “Kəlmə” başlıqlı bir mövzuda, “Kəlamın cüzlərinə kəlmə deyirlər. Türkcə yeddi dürlü kəlmə vardır: isim, sifət, zəmir (əvəzlik ), fel, zərf, nida, ədat”.

Bu dərslikdən sonra 1925-ci ildə 1918-ci ildə nəşr edilən Qafur Rəşad Mirzəzadə, Məhəmməd Sadiq Axundov. “Sərf və nəhv”.kitabı Bakı, “Məktəb“ mətbəsində 1925 kitabı nəşr edilmişdir.

Mənbə: İsmayıl Hikmət, Abdulla Şaiq, Səid Mirqasımzadə, Cavad Axundzadə, Cabbar Əfəndizadə, Tofiq Mustafa. “Türkcə sərf-nəhv”. Bakı, Azərnəşr, 1924/1925

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR