Dərc edildi: Baxış sayı: 1246
Azərbaycanda sovet dövrünü xatırladan qeyri-adi kənd
İsmayıllının İvanovka kəndi çoxlarına Sovet dövrünü xatırladır. Bu kəndin əsrlərdir davam edən özünəməxsus adət-ənənələri, insanların yaşam tərzi, onu digər kəndlərdən fərqləndirir.
Hazırda İvanovkada ruslarla yanaşı, ləzgilər və azərbaycanlılar yaşayırlar. Ayrı-ayrı millətlərin nümayəndələri bir kənddə yaşasalar da, milli-mənəvi dəyərlərinə görə xeyli fərqlənirlər. Burada insanlar ailə dəyərlərinə daha çox önəm verirlər.
İvanovkanın tarixi də zəngindir. Kəndin əsası 1847-ci ildə çar Rusiyası dövründə, Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Kəndin adı, onun yaradıcısı olan İvan Perşinin şərəfinə İvanovka adlandırılıb. Burada 3 mindən çox insan yaşayır. İvanovkalılar daha çox üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar.
1996-cı ildə torpaq islahatı həyata keçirilən zaman qərara alınıb ki, İvanoka kolxozu dağılmasın. Kolxoza, həmin təsərrüfata 41 il rəhbərlik etmiş Nikolay Vasilyeviç Nikitinin adı verilib. Hazırda İvanovka Azərbaycanda kolxoz sisteminin mövcud olduğu yeganə kənddir.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət