Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda sosial xərclərə ayrılacaq vəsait ARTIRILIR

Azərbaycanda sosial xərclərə ayrılacaq vəsait ARTIRILIR
Sakura

Azərbaycanda sosial xərclərə ayrılacaq vəsait ARTIRILIR

Azərbaycanda 2022-ci ildə sosialyönlü istiqamətlər üçün dövlət büdcəsindən 13 milyard 851 milyon manat vəsait xərclənəcək.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, növbəti ilin büdcə xərclərinin 46,4 faizini təşkil edir və 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 13,5 faiz çoxdur.

Növbəti ildə səhiyyə üçün dövlət büdcəsindən 1 milyard 789 milyon manat xərclənəcək ki, bu da növbəti ilin büdcə xərclərinin 6 faizini təşkil edir və 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 7,1 faiz çoxdur.

Təhsil üçün isə dövlət büdcəsindən 3 milyard 884 milyon manat vəsait xərclənəcək. Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 13 faizi təşkil edir və 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 18,5 faiz çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR