Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda son 3 ildə rəqəmsal ödənişlər sahəsində əsas göstəricilər açıqlanıb

Azərbaycanda son 3 ildə rəqəmsal ödənişlər sahəsində əsas göstəricilər açıqlanıb
Sakura

Azərbaycanda son 3 ildə rəqəmsal ödənişlər sahəsində əsas göstəricilər açıqlanıb

“2018- 2012-ci illərdə Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı qarşıya yeni hədəflər qoyur”.  

ONA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol”  mövzusunda çıxışında bildirib.

Mərkəzi Bankın departament direktoru qeyd edib ki, Azərbaycanda 3 il ərzində nağdsız cəmiyyət yaradılacağını demək qeyri-peşəkar fikir olardı: “Ancaq 3 ildə institusional problemlərini aradan qaldıracağıq. Daha sonrakı illərdə nağdsız ödənişlərin daha sürətlə artmasını görəcəyik. Nağdsız ödənişlərin inkişafına Mane olan amillər varsa, o ölkədə heç bir innovativ həll inkişaf etməyəcək. Ona görə də Dövlət Proqramın əsasını nağdsız ödənişlər üçün əlverişli şəraitin yaradılmasını təşkil edir”.

K. Qurbanova nəzərə çatdırıb ki, kimi istiqamət bank sektorunun canlandırılmasıdır: “Bura bank sisteminin sağlamlaşdırılması da daxildir. Digər tərəfdən, rəqəmsal ödənişlərin artırılması üçün ölkəyə innovativ həllərin gətirilməsi, elektron bankçılıq və digər istiqamətlərin inkişafıdır”.

Mərkəzi Bankın departament direktoru bildirib ki, bank sistemi artıq Ani Ödəniq Sistemi layihəsi ilə tanışdır: “Ani Ödəniş Sistemi iqtisadi subyektlər arasında hesablaşmaları saniyələr ərzində, fasiləsiz aparmağa kömək edir”.

K. Qurbanova qeyd edib ki, bu  Hökumət Ödəniş Portalı vasitəsi ilə istər bankların elektron bankçılıq alətləri, istər internet vasitəsi ilə 550-yə yaxın ödəniş həm nağd, həm nağdsız şəkildə qəbul edilir: “Milli Ödəniş Sisteminin ən vacib elementi Banklararası Kart Mərkəzidir. Banklararası Kart Mərkəzi bu gün ölkədə kart infrastrukturunun əlaqələndirici bir habına çevrilib. Bu mərkəz ölkədə yerli kart əməliyyatlarını Ən effektiv şəkildə aparmağa imkan verir. Ölkənin Milli Ödəniş Sisteminin komponentləri bir-biri ilə tam inteqrasiya olunmuş vəziyyətdə fəaliyyət göstərir. Hökumət Ödəniş Portalı vasitəsi ilə toplanan ödənişlər avtomatik rejimdə klerk sisteminə transfer olunub”.

Mərkəzi Bankın departament direktoru diqqətə çatdırıb ki, son 3 ildə nağdsız dövriyyələrdə artım müşahidə olunub: “Son 3 il ərzində Milli Ödəniş Sisteminin dövriyyəsi 73 faiz artaraq 274 milyard manat təşkil edib. Kart ödənişlərində də 154 faiz artım müşahidə olunub. Hətta Hökumət Ödəniş Portalı vasitəsi ilə toplanan nağdsız ödənişlərin sayında 7 dəfə artım müşahidə olunub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR