Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda sirli məzarlar: Onlara niyə toxunan yoxdur?

Azərbaycanda sirli məzarlar: Onlara niyə toxunan yoxdur?
Sakura

Əsrlər boyu açılmayan kurqanlar və qədim tarixin qaranlıq üzü

Azərbaycanın cənub zonası yaddaşlarda iz buraxmış tarixlərin şahididir. Bölgəyə daxil olan ərazilərdə aparılan tədqiqat zamanı insanların, yerli qəbilə və tayfaların yaşayış məskənlərinin, qala və bürclərin izləri tapılıb.

Tarixi mənbələrə əsasən, demək olar ki, minilliklər bundan öncə Kür-Araz çayları vadisinin cənub hissəsində – Muğanda yaşayan əkinçi-maldar tayfalar öz mədəniyyətlərini yaradıblar və onlara məxsus kurqanlar, qəbir abidələri, müxtəlif məişət əşyaları dövrümüzə qədər gəlib çatıb. Belə arxeoloji tapıntılar Cəlilabad rayonu ərazisindəki kurqan qəbirlərdə aşkar edilib.

Onu da qeyd edək ki, Cəlilabad rayonunun ərazisində olan əksər kurqan qəbirlər hələ də tədqiq edilməyib. Bu kurqanlardan bəziləri Cəlilabadın şərq hissəsində yerləşən rayon mərkəzinə bitişik qəsəbə tipli Uzuntəpə kəndi ərazisində yerləşir. Uzuntəpə kəndinin sakini və kəndin 1 saylı orta məktəbinin tarix müəllimi olan Ələsgər Mirzəzadə uzun müddətdir ki, Cəlilabadın tarixinin araşdırılması ilə də məşğuldur. 

Ələsgər müəllim Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, Cəlilabadın bir çox kəndləri kimi, Uzuntəpə də yeraltı-yerüstü tarixi və mədəniyyət abidələri ilə zəngindir: "Cəlilabad torpağı Muğan torpağına aiddir və bura Muğanın keçmişini əks etdirən tarixi abidələrlə doludur. Bizim kənddə eyniadlı Uzuntəpə, eləcə də Qoşatəpə və Cəngitəpə kurqan abidələri var. Bu kurqanlardan tapılan maddi-tarixi abidələr eramızdan əvvələ gedib çıxır".

Ələsgər Mirzəzadə uzun müddətdir ki, Cəlilabadın tarixinin araşdırılması ilə də məşğuldur

"2011-ci ildə mənim dəvətimlə Elmlər Akademiyasından 3 alim – Tufan Axundov, Anar Ağalarzadə və kəşfiyyat işləri ilə məşğul olan Abuzər Ələsgərov kəndə gəldi. Professor Tufan Axundov Cəngitəpə abidəsinə baxdıqdan sonra bildirdi ki, sözügedən abidə arxeoloji cəhətdən çox əhəmiyyətli yerdir və dövlət tərəfindən lazımi şərait yaradılarsa, arxeoloji qazıntılar aparıla bilər. Ümumiyyətlə isə kəndimizin ərazisində ilk dəfə arxeoloji qazıntılar 1941-ci ildə aparılıb" — Ə. Mirzəzadə danışır.

"O vaxt Azərbaycan SSR Elmlər Akademiyasının professoru İshaq Cəfərzadə ilk dəfə olaraq apardığı kəşfiyyat işlərindən sonra bir neçə maddi-mədəni nümunə aşkar edərək üzə çıxardıb və ərazidə tapılan arxeoloji tapıntıların son tunc, ilk dəmir dövrünə aid olduğunu bildirib. Ərazinin aşkarlanmasında rol oynayan digər faktor isə Ələt-Astara dəmir yol xəttinin çəkilməsidir. Xəttin çəkilməsi üçün kəndimizin ərazisindən torpaq daşıyarkən çoxlu tarixi əhəmiyyətli əşyalar aşkar edilib" — o, əlavə edir. 



"Bundan əlavə, kənd ərazisində tapılan bütün tarixi əşyalar həm eramızdan əvvəlki dövrü, həm də erkən orta əsrlər dövrünü əhatə edir. Mütəxəssislərin XX əsrin sonlarına qədər apardıqları tədqiqatlar kurqanların Eneolit, Tunc və ilk Dəmir dövrünə gedib çıxdığını sübut etdiyi halda, son onilliklərdə aparılan arxeoloji qazıntı işləri zamanı tapılan tarixi nümunələr, onların eramızdan əvvəl VII-VI minilliklərə gedib çıxdığını göstərir" — araşdırmaçı bildirir. 


Uzuntəpə kəndi

Onun sözlərinə görə, 2011-ci ildə aparılan təsərrüfat işləri vaxtı kəndin mərkəzindən 2 km aralıqda yerləşən Qoşatəpə abidəsinin bir hissəsində bir çox maddı-mədəni nümunələr aşkar edilib və bununla yanaşı bir küp aşkarlanıb: "Küpün içərisindən isə dəfinə çıxdı və tapılan küp Elmlər Akademiyasına təhvil verildi. Küpdə 273 ədəd mis sikkə var idi ki, bu pulların eramızın XII əsrinə aid olması müəyyən edildi. Sikkələrin XII əsrə aid olmasını isə onun bir tərəfində Səlcuqlu hökmdarının, digər tərəfində isə Xəlifə Mütəsimin adının yazılması sübut edir".

Ələsgər Mirzəzadə arxeoloq Tufan Axundovla birgə Polutəpədə

"2011-ci ildə mənim dəvətimlə Elmlər Akademiyasından 3 alim – Tufan Axundov, Anar Ağalarzadə və kəşfiyyat işləri ilə məşğul olan Abuzər Ələsgərov kəndə gəldi. Professor Tufan Axundov Cəngitəpə abidəsinə baxdıqdan sonra bildirdi ki, sözügedən abidə arxeoloji cəhətdən çox əhəmiyyətli yerdir və dövlət tərəfindən lazımi şərait yaradılarsa, arxeoloji qazıntılar aparıla bilər. Ümumiyyətlə isə kəndimizin ərazisində ilk dəfə arxeoloji qazıntılar 1941-ci ildə aparılıb" — Ə. Mirzəzadə danışır.

"O vaxt Azərbaycan SSR Elmlər Akademiyasının professoru İshaq Cəfərzadə ilk dəfə olaraq apardığı kəşfiyyat işlərindən sonra bir neçə maddi-mədəni nümunə aşkar edərək üzə çıxardıb və ərazidə tapılan arxeoloji tapıntıların son tunc, ilk dəmir dövrünə aid olduğunu bildirib. Ərazinin aşkarlanmasında rol oynayan digər faktor isə Ələt-Astara dəmir yol xəttinin çəkilməsidir. Xəttin çəkilməsi üçün kəndimizin ərazisindən torpaq daşıyarkən çoxlu tarixi əhəmiyyətli əşyalar aşkar edilib" — o, əlavə edir. 

Bildirir ki, burada insan sümükləri, ox və nizə ucluqları, qalxanlar tapılıb: "Professor İshaq Cəfərzadə uzun araşdırmalardan sonra, 1946-cı ildə ərazidə tapılan maddi-mədəni tapıntıların antik dövrə aid olduğunu müəyyən edib. Aşkar edilən bütün tapıntılar elə o vaxt Azərbaycan Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib və hal-hazırda da orada qorunub saxlanılır".

Ələsgər Mirzəzadə onu da bildirir ki, Cəlilabad rayonunun bir çox ərazisində arxeoloji qazıntılar aparılmalıdır və buranı cəsarətlə Açıq Səma Muzeyi də adlandırmaq olar. Qeyd edək ki, Ələsgər müəllim Cəlilabadın tarixi və özünün apardığı araşdırmalar haqqında "Muğan" adlı kitab yazaraq çap etdirib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR