Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda sınaq məqsədi ilə rəngli pambıq əkilib

Azərbaycanda sınaq məqsədi ilə rəngli pambıq əkilib
Sakura

Azərbaycanda sınaq məqsədi ilə rəngli pambıq əkilib

Cəlilabad rayonunda Prezidenti İlham Əliyevin bu il martın 26-da Bərdə rayonunda "Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi"də verdiyi tapşırıqların icrası ilə əlaqədar "Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili"nə dair müşavirə keçirilib.

"Report"un Aran bürosunun məlumatına görə, müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, nazirin müşaviri Şöhrət Vəkilov və digər aidiyyəti şöbə müdirləri, həmçinin yerli fermerlər iştirak ediblər.

N.Zeynalov bildirib ki, ötən il rayonda 500 hektar, bu il isə 505 hektar ərazidə pambıq əkilib. 

S.Talıbov isə deyib ki, dünyada istehsal edilən pambığın 90% geni dəyişdirilmiş məhsuldur. Azərbaycanda isə təbii pambıq istehsal edilir. 

Ş.Vəkilov isə qeyd edib ki, Azərbaycanda sınaq məqsədi ilə rəngli pambıq əkilib. Onun sözlərinə görə, bu yeniliyi Çindən olan mütəxəssislər Tərtər rayonunda yerləşən elmi mərkəzdə, kiçik bir ərazidə tətbiq edib. Gələcəkdə Cəlilabadda bu cür pambığın əkilməsi planlaşdırılır. 

Müşavirə iştirakçıların müzakirələri və qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR