Slimfit
  1. SİYASƏT

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib
Sakura

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Ens.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliklə qanunun 119.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“119.1.7. səkkizinci növbədə, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin sığortaçının ləğvi tarixindən əvvəlki bir il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər”.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR