Dərc edildi: Baxış sayı: 616
Azərbaycanda sığorta agentlərindən birinin lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agentlərindən birinin lisenziyasını ləğv edib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, "Sığorta fəaliyyəti haqqında” qanuna və AMB-nin İdarə Heyətinin 15 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq, Əliyev Əliməmməd Nadir oğluna könüllü müraciət əsasında sığorta agenti fəaliyyəti üçün verilmiş 13 fevral 2013-cü il tarixli 000868 nömrəli lisenziya ləğv olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət