Azərbaycanda sərnişinlərin 4 faizi taksidən istifadə edir
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 487,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox sərnişinə xidmət göstəriblər.
Trend-in məlumatına görə, sərnişinlərin 88,3 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 313,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artım qeydə alınıb.
Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 2,3 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,6 faiz artaraq 169,7 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 2 milyon 102,8 min və ya 10,0 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət