Azərbaycanda energetik içkilərə aksiz dərəcələrinin tətbiqi və şərabların minimum qiymətinin müəyyənləşdirilməsi…
Azərbaycanda energetik içkilərə aksiz dərəcələrinin tətbiqi və şərabların minimum qiymətinin müəyyənləşdirilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, gənclərin sağlamlığını ciddi şəkildə pozan energetik içkilərə aksiz dərəcələrinin tətbiqi çox vacibdir:
M.Quliyev onu da təklif edib ki, şərab və alkoqollu içkilərin minumum qiymətləri müəyyənləşdirilsin:
“Bizim gözəl şərab zavodlarımız var. Onların mütəxəssisləri deyirlər ki, bizdə maya dəyəri 5-6 manata başa gələn şərabı şadlıq evlərində bizim markanın adı altında 3 manata qoyurlar. Həmin şərablar da şadlıq evlərinin zirzəmisində hazırlanıb. Bu mənada onlara minimum qiymət, maya dəyərindən yuxarı qiymət qoyulmalıdır ki, həmin zavodlar da öz məhsullarını sata bilsinlər. Bu qiymət müəyyənləşərsə, büdcəyə də vergi ayırmaları artar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət