Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda sənaye məhəlləsini xüsusi mülkiyyətdə olan torpaqlarda yaratmaq mümkün olacaq

Azərbaycanda sənaye məhəlləsini xüsusi mülkiyyətdə olan torpaqlarda yaratmaq mümkün olacaq
Sakura

Azərbaycanda sənaye məhəlləsini xüsusi mülkiyyətdə olan torpaqlarda yaratmaq mümkün olacaq

Bundan sonra Azərbaycanda sənaye məhəlləsini dövlət və bələdiyyə torpaqları ilə yanaşı xüsusi mülkiyyətdə olan torpaqlarda da yaratmaq mümkün olacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də öz əksini tapıb.

Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, idarəedici təşkilat sənaye məhəllələrinin və onların rezidentlərinin reyestrini yaratmalı, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin etməlidir.

Reyestrə sənaye məhəlləsinin yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi barədə məlumatlar daxil edilir. Bu məlumatlar ölkə Prezidenti qərar qəbul etdikdən sonra 10 iş günündən gec olmayaraq reyestrə daxil edilməlidir.

İdarəedici təşkilat sahibkarlıq subyektinin özəl sənaye məhəlləsinin qeydiyyata alınmasına dair təklifinin kağız daşıyıcıda və yaxud elektron qaydada təqdim edildiyi gündən 10 iş günü müddətində həmin təklifin bu Əsasnamənin tələblərinə uyğunluğunu yoxladıqdan sonra özəl sənaye məhəlləsini qeydiyyata alır, bu barədə məlumatları reyestrə daxil edir və sənaye məhəlləsinin reyestrdə qeydiyyata alınmasını təsdiq edən sənədi sahibkarlıq subyektinə elektron qaydada təqdim edir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Bundan başqa, qərarla idarəedici təşkilat və operator sənaye məhəlləsinin rezidenti kimi fəaliyyət göstərə bilməz. Özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti və ona aidiyyəti olan şəxslər həmin sənaye məhəlləsinin rezidenti olduqda, onların sayı sənaye məhəlləsinin digər rezidentlərinin ümumi sayından çox ola bilməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR