Dərc edildi: Baxış sayı: 406
Azərbaycanda şəhid ailəsinin evini yardılar
Şəmkirin Sabirkənd kəndində yaşayan Şərifovlar ailəsinin evi yarılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ev sahibləri qapı və pəncərəsinin sındırılmadığını, yalnız saxlanc yerindən evə daxil olaraq qızıl zinət əşyalarının oğurlandığının şahidi olublar.
İlkin məlumata görə naməlum şəxs və ya şəxslər evdən tək qızıl zinət əşyalarını deyil, ev sahibinin 200 manat nəğd pulunu da mənimsəyiblər.
Zərərçəkənlər hadisədən sonra Şəmkir rayon polis şöbəsinə məlumat verilib. Hələlik faktla bağlı saxlanılan yoxdur.
Bildirək ki, ev sahibi Nəcibə Şərifova şəhid anasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət