Slimfit
  1. MARAQLI

Azərbaycanda səhərlər işə gecikməmək üçün edə biləcəyiniz 5 üsul!

Azərbaycanda səhərlər işə gecikməmək üçün edə biləcəyiniz 5 üsul!
Sakura

Azərbaycanda səhərlər işə gecikməmək üçün edə biləcəyiniz 5 üsul!

Ölkəmizdə iş prosesi səhər saat 7-dən sonra başlayır. Razıyam ki, işə gecikmək hər birimizin dərdidir. Heç kəs işə gecikib, müdir tərəfindən danlanmağı xoşlamaz."Azərbaycanda işə gecikməmək mümkün deyil, bir tərəfdən axşam evə gec gəlmək, digər tərəfdən yollarda olan tıxac, bütün bu şərtlər altında işə necə gecikməyə bilərik?"  fikirləşə bilərsiniz. Yanlış düşünürsünüz deməyəcəm, amma səhər erkən yataqdan oyanmağın bəzi üsullarından xəbərsiz olduğunuzu düşünürəm. Belə ki, hind fəlsəfəsinə görə səhər tezdən oyanmaq yuxu ilə bağlı problem deyil, sırf insanın beyni ilə, yəni onu əqli cəhətdən buna həqiqətən inanmaqla bağlı bir problemdir. Yəni yuxudan oyana bilmirsiniz deyə işə gecikmirsiniz, sadəcə şüurunuza səhər tezdən qalxmağı düzgün yeridə bilmirsiniz və ona görə də işə gecikirsiniz.

Bilmirəm xəbəriniz var yoxsa yox, İngiltərədə aparılan bir araşdırmaya görə insanların işə gecikmə səbəbləri aşağıdakı kimi olur:

Tıxac - 51%

Yatıb qalmaq -  31%

Pis hava şəraiti - 28%

Oyanmağa taqəti olmamaq - 23%

Nəyisə unutmaq - 13% 

Qeyd edim ki, bu araşdırma 5 fərqli iş yerindən ayrılıqda götrülüb və ən populyar cavablar qeyd edilib. 

Əslində yapon iş adamlarına görə işə gecikmək ilk olaraq yuxudan tez oyanmamaqdan başlayır. Yəni insan yuxudan tez oyanmırsa, yuxarıdakıların biri mütləq baş verəcək. Hər halda  bayaq vurğuladığımız kimi, yuxudan tez oyanmamağın əsas problemi yuxunun özü ilə bağlı deyil. Məsələn Yaponiyada bu istiqamət üzrə 10 insan üzərində belə bir təcrübə keçirilib. Bu insanları 5-5 olaraq ayrı-ayrı otaqlara yerləşdiriblər və səhər saat 7-də oyanacaqlarını bildiriblər. Otaqların birində səhər tezdən yuxudan oyanmağı əks etdirən şəkillər, digər otaqda isə ancaq yatmaqla bağlı şəkillər olub. Səhər yuxudan tez oyanan qrup isə otaqlarında erkən qalxmaqla bağlı şəkillər olan komanda olub. 

Yəni erkən oyanmaq üçün birinci beynimizi buna inandırmalıyıq. Yaxşı bəs bunu necə bacaracayıq, yəni əqli cəhətdən erkən oyanmağa necə inana bilərik. Bu barədə bir araşdrıma etdik və 5  üsul tapdıq. Gəlin başlayaq. 

1) Axşam saat 10-dan sonra çay içməmək.

İndi deyəcəksiniz bunun nə dəxli var axı?, amma dəxli çoxdur. Belə ki, insan susuzlayanda beyin gecə yatarkən ona tez-tez oyanmaq barədə siqnallar göndərir. Bu siqnallara görə də həmin şəxs yuxudan oyanmağa məcbur olur. Amma əksər psixoloqların fikrinə görə insan saat 10-dan sonra çayı çox qəbul edərsə, çaydakı maddələr beynin siqnal göndərmə funksiyasını pozur və buna görə də insan yuxudan oyana bilmir. Hətta yaxşı olardı ki, yatandan 1 saat əvvəl heç maye qəbul etməyəsiniz ki, beynin normal funksiyası pozulmasın.

2) Hər gecə bir alma soyub yemək. 

Almada olan C vitamini hüceyrələri yenilməyə kömək edir. Ona görə də axşam yatmazdan əvvəl bir alma soyub yesəniz beyin hüceyrələriniz yenidən canlanacaq və səhər zəngli saat çalanda sizi yuxudan oyadacaq. Amma belə bir məsləhət verim ki, əgər almanı qabıqlı yeməkdə bir probleminiz yoxdursa, onun vitamini qabığındadır. Elə yeyin :)

3) Çölə çıxıb təmiz hava almaq. 

İşdən gəlib axşam yeməyini yedikdən bir müddət sonra 30 dəqiqəlik təmiz hava alın. Bu əslində həm beyni sakitləşdirəcək, həm də yediyiniz qida həzm olunacaq. Axşamlar ölkədə heç bir zavod işləmədiyindən və küçələrdə sakitçilik olduğundan birəbir məsləhətdir.

4) Axşam tıxacına qalmayın, özünüzü tıxaca salmayın.

İnsan beyni elə bir sistemdir ki, əsəbləşən kimi nə edəcəyini bilmir. Araşdırmaya görə, işləyən insanlarda beyin ən çox tıxac zamanı əsəbləşir. Ona görə də çalışın tıxaca düşməmək üçün işdən bir az gec çıxın. Məsələn Bakıda tıxacın olduğu pik vaxt axşam saat 18:00 ilə 19:30 arasındadır. Bunu bilərək işdən 19:40-da çıxa bilərsiniz. Ya da ki, icazə varsa, işdən tez çıxmağa çalışın. Eyni zamanda səhərlər də zəngli saatı oyanmalı olduğunuz vaxtdan 1 saat əvvələ qoyub yola tez çıxmağa çalışın. Bu həm sizə xeyri olacaq, həm də ki işinizə. 

5) Axşam saat 6-dan sonra qəhvə qəbul etməyin.

Çay məsələsində olduğu kimi, qəhvədə də belədir. Məlumata görə insanlar, 18:00-dan sonra qəhvə qəbul edərkən gecə gec yatmağa daha çox meyilli olurlar, ya da ki yata bilmirlər. Qəhvənin içərisindəki bir çox maddələr beyin oyaq saxlamağa məcbur edir, ona görə də beynin fəaliyyəti pozulur və erkən yuxudan oyanmaq zamanı sizə köməklik edə bilmir.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR