Slimfit
  1. MARAQLI

Azərbaycanda şəhər mərkəzində görüntülənən ayının saxlanıldığı mərkəzdən REPORTAJ

Azərbaycanda şəhər mərkəzində görüntülənən ayının saxlanıldığı mərkəzdən REPORTAJ
Sakura

Azərbaycanda şəhər mərkəzində görüntülənən ayının saxlanıldığı mərkəzdən REPORTAJ

Balaca ayı saxlanıldığı yerdə ora-bura qaçır, pəncələrini oynadaraq, sanki iki ay əvvəl yaralı vəziyyətini xatırlayıb sağaldığı üçün sevincini bura gələnlərlə bölüşürdü. Bu iki ay ərzində onun qayğısına qalan işçilərin verdiyi südü aram-aram içir, arabir Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzini ziyarət etmiş jurnalistlərə baxırdı.

Dağların əhatəsində yerləşən cənnət… 

Bizi parka gətirən səbəb bir neçə gün əvvəl Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayının vəziyyəti ilə maraqlanmaq olub. Bu barədə bir qədər sonra danışacağıq. 

 

İki ay əvvəl gətirilən bala ayı da Şəki ərazisində tapılıb. O, təbiətdən tək və yaralı vəziyyətdə mərkəzə gətirilib. Bala ayının vəziyyəti yaxşıdır. Baytarın rəyindən sonra təbiətə buraxılacaq. Körpə olduğuna görə yalnız südlə qidalanır. 

Hər bir heyvanın fərdi xüsusiyyətlərinə baxılandan sonra onların təbiətə buraxılması barədə qərar verilir.

Mərkəzdə hazırda üç ayı və vağ quşu reabilitasiyadan keçir.

Altıağac Milli Parkı 11 min 35 hektar əraziyə malikdir. 2004-cü ildə yaradılıb. Böyük Qafqazın cənub-şərq yamaclarını əhatə edən parkın fauna aləmi kifayət qədər zəngindir.

Milli Parkın ərazisində canavar, çöl donuzu, bildirçin, yenot, dovşan, tülkü, dələ, qaratoyuq və digər heyvanlar, eləcə də, adları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, ağıriyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən var.

Bu yaxınlarda Şəkinin mərkəzində görənləri təəccübləndirən ayı da artıq bu mərkəzdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyir ki, ayı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə gətirilən zaman başında yara var idi:

“Heyvan baytar həkimin nəzarəti altında hər gün müayinə olunur. Bu ayı erkəkdir.

Mütəxəssislər qeyd edir ki, ayı həmcinsi ilə döyüşüb və başından zədə alıb. Çünki yara caynaq izidir. Hazırda yarası sağalmağa doğru gedir. Bir müddət mərkəzdə reabilitasiya keçəcək.

Heyvan kortəbii şəkildə təbiətə buraxıla bilməz. Yalnız baytarın rəyi əsasında ayının vəhşi təbiətə buraxılması nəzərdə tutulur”.

A.Səmədova bildirib ki, heyvanın görmə qabiliyyəti də zəifdir:

“Çox insanlarda narahatlıq yaranmışdı ki, Şəkinin mərkəzində olan zaman ayı niyə insanlara reaksiya vermir. Bunun səbəbi onun görməsindəki zəiflikdir. Təbiətdə yaşayan heyvandır, onun instinktləri yerindədir. Qidalanır. Hər şey normaldır”.

İnanırıq ki, ayı mərkəzdəki reabilitasiyadan sonra vəhşi təbiətə buraxılacaq.

Əvvəllər insanlar yaralı quş və ya heyvan görəndə onu evə gətirər, sağalması üçün həvəslə qulluq göstərərdi. 

Artıq vəhşi təbiətdə yaralı və xəstə olan heyvanların müalicəsi üçün Vəhşi Təbiətin Reabilitasiya Mərkəzi var.

Təbiətdə rast gəlinən xəstə və yaralı heyvanlara mərkəzin əməkdaşları qulluq göstərir, sağalandan sonra isə təbiətə buraxırlar.

Biz orada olan zaman Bakıdan mərkəzə yaralı vağ quşu gətirilmişdi.

Arzu Səmədovanın sözlərinə görə, quş Bakıda - Əhmədli ərazisində tapılıb:

“Vətəndaşlar bizə müraciət etdilər ki, yaralı quş tapıblar və onun növünü müəyyən edə bilmirlər. Bu, vağdır. Qanadında, ayağında sınıqlar vardı. Hazırda vəziyyəti normaldır. Özünü kifayət qədər aktiv aparır”.

Altıağac Milli Parkının ərazisinin 90 faizini qonur dağ meşələri təşkil edir. 

Artıq yay mövsümü başlamaq üzrədir. Yaşıllıqların əhatəsində təmiz hava almaq üçün bura bir fürsətdir. 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR