Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda şagirdlər üçün nə qədər vəsait xərclənir?

Azərbaycanda şagirdlər üçün nə qədər vəsait xərclənir?
Sakura

Azərbaycanda şagirdlər üçün nə qədər vəsait xərclənir?

Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir, ailə təsərrüfatının burada payı isə çox cüzidir. 

Oxu.Az xəbər verir ki, bununla bağlı UNESCO-nun 2018-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında məlumat verilir.

Hesabat Berlində təqdim edilib. 

Araşdırmalara əsasən, təhsil sahəsinin xərclərinin ¾ hissəsi dövlət tərəfindən maliyyələşdirilir, Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. 

Qeyd edək ki, təhsil üçün əsas maliyyə mənbələri dövlət, donor və ev təsərrüfatı hesab edilir. 
Qiymətləndirməyə görə, dünyada hər il təhsilə 4,7 trilyon dollar vəsait xərclənir. Bunlardan 3 trilyon dolları (ümumi məbləğin 65 faizi) yüksək gəliri olan ölkələrin, 22 milyard dolları (0,5%) aşağı gəliri olan ölkələrin payına düşür, halbuki hər iki qrupda məktəb yaşlı uşaqların sayı bərabərdir. Ümumi xərclərin 79%-i dövlətin, 21%-i isə ev təsərrüfatının üzərinə düşür. Donorlar aşağı gəlirli ölkələrdə təhsil sahəsində ümumi gəlirin 12%-ni qarşılayır.

Hesabatda xüsusi diqqət yetirilib ki, 2017-ci ildə dünyada dövlətlərin təhsil xərcləri ÜDM-nin 4,4%-ni təşkil edib ki, bu da “Təhsil-2030” fəaliyyət proqramı çərçivəsində müəyyən edilmiş minimum nəzarət göstəricisi olan 4%-dən artıqdır.

Regionlar üzrə bu xərclər diapazondadır – Şərqi və Cənub-şərqi Asiyada 3,4%, Latın Amerikası və Karib hövzəsi ölkələrində 5,1 faizdir. Hökumətin təhsil sahəsinə yönləndirdiyi xərclərin orta payı 14,1 faizdir ki, bu da minimal nəzarət göstəricisi sayılan 15%-dən azdır. Bu pay üzrə diapazon Avropa və Şimali Amerikada 11,6 faizdən Latın Amerikası və Karib hövzəsi ölkələrində 18 faizə qədərdir. Ümumilikdə, 148 ölkədən 43-nün xərcləri bu iki nəzarət göstəricisinin heç birinə uyğun deyil. 

Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-nin 2,9 faizini təşkil edir. Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8 faiz, Gürcüstanda 3,8 faizdir. 

Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir. Ev təsərrüfatının təhsildə xərcləri: Azərbaycanda ÜDM-nin 1 faizini, Gürcüstanda 0,1 faizini təşkil edir, Ermənistanla bağlı məlumat yoxdur. 

Hesabata uyğun olaraq, ümumdünya miqyasında hər bir şagirdin orta təhsili üçün il ərzində dövlət xərcləri 2 716 dollar, ali təhsil üçün isə 4 322 dollar təşkil edir. 

Araşdırmada bildirilib ki, Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir. 

Ermənistanda dövlət məktəbəqədər hər bir şagird üçün 1 289 dollar (15%), orta təhsil üçün 1 235 dollar (15%), ali təhsil üçün 848 dollar (10 faiz), Gürcüstanda ali təhsil üçün 1 032 dollar (10%) xərcləyir. 

Araşdırmada qeyd edilir ki, Azərbaycanda məktəbəqədər və ibtidai təhsil sistemində hər müəllimə 15 şagird, orta təhsil sistemində isə hər müəllimə yeddi şagird düşür. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR