Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda rüşvət cinayətlərinin sayı kəskin artıb – Rəsmi

Azərbaycanda rüşvət cinayətlərinin sayı kəskin artıb – Rəsmi
Sakura

Azərbaycanda rüşvət cinayətlərinin sayı kəskin artıb – Rəsmi

Xəbər verdiyimiz kimi, vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyasının yanında üzərinə benzin tökərək özünü yandırması faktı üzrə Nərimanov rayon prokurorluğunda cinayət işi başladılıb.

Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki,yaxınları Zaur Məmmədovun intihar etməsinə səbəb kimi adı açıqlanmayan istintaq orqanlarından birinin müstəntiqinə verdiyi 10 000 manat rüşvəti sonradan geri ala bilməməsi göstərilir.

Məlumat üçün bildirək ki, son illər Azərbaycanda prokurorluq orqanları tərəfindən rüşvət cinayətiylə bağlı başladılan cinayət işlərinin sayı kəskin şəkildə artıb.

Açıqlanan rəsmi məlumatlara görə, ötən il Azərbaycanda rüşvət cinayətiylə bağlı 47 cinayət işi başladılıb. Bu, əvvəlki illə müqayisədə 68% çox olub.

Qeyd edək ki, rüşvət cinayətiylə bağlı başladılan cinayət işlərinin sayı son 10 ildə aşağıdakı kimi olub:

2013-cü ildə - 16

2014-cü ildə - 15

2015-ci ildə - 19

2016-cı ildə - 6

2017-ci ildə - 4

2018-ci ildə - 16

2019-cu ildə - 11

2020-ci ildə - 24

2021-ci ildə -28

2022-ci ildə - 47

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR