Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi açılıb

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi açılıb
Sakura

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi açılıb

Bu gündən Azərbaycanın "Silk Way Helicopter Services" və Rusiyanın “Russia Helicopters” holdinqinin birgə yaratdıqları servis mərkəzi işə salınıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin satış sonrası servis üzrə baş direktorunun müavini İqor Çeçikov bildirib.

O deyib ki, indi ilk olaraq "Mi-8AMT" tipli helikopter təmir olunub: “Biz planlı əsasla çalışırıq. Bu il iyun ayında “Silk Way”lə birgə olaraq onlara məxsus bir helikopteri təmir etmişik, indi də ikincisinin təmiri gündəmdədir. Yəni mərhələli şəkildə istehsal gücümüz və təmir ehtiyatlarımız artırılır”.

İ.Çeçikov həmçinin işçi heyətinə təlim keçirildiyini, yeni avadanlığın gətiriləcəyinə də vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR