Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda rus dilinin intensiv tədrisi ilə bağlı əmr imzalandı

Azərbaycanda rus dilinin intensiv tədrisi ilə bağlı əmr imzalandı
Sakura

Azərbaycanda rus dilinin intensiv tədrisi ilə bağlı əmr imzalandı

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi ilə bağlı əmr imzalayıb.

Nazirlikdən Femida.az-a daxil olan məlumata əsasən, qeyd olunan layihə hazırda 50 ümumi təhsil müəssisəsində həyata keçirilir.

İmzalanmış əmrə əsasən, adları aşağıda qeyd olunmuş həmin məktəblərdə rus dilinin intensiv tədrisi davam etdiriləcək:

Bakı şəhəri:

3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi;

Regionlarda:

Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2, Şəki şəhəri 5, Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəbləri.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya tapşırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR