Dərc edildi: Baxış sayı: 238
Azərbaycanda reanimatoloq koronavirusa yoluxdu
1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubov koronavirusa yoluxub.
Ens.az xəbər verir ki,bu barədə həkim, Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl “Facebook” hesabında məlumat verib.
O bildirib ki, K.Yaqubov reanimatoloq olaraq pandemiyanın ilk günlərindən COVID-19 xəstələrinin sağlamlığı uğrunda savaşıb.
O.Cəbrayıl qeyd edib ki, K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət