Dərc edildi: Baxış sayı: 637
Azərbaycanda qızılcaya yoluxma halları olduğu təsdiqləndi - Peyvənd üçün vaksin gətiriləcək
"Azərbaycanda 2018-ci ilin dekabr ayında sporazit, yəni tək-tək hallarda qızılca xəstəliyi qeydə alınb”.
Bunu Medicina.az saytına açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib.
A. Əliyeva deyib ki, bu, gətirilmə halları ilə əlaqədardır: "Çünki Avropanın 53 ölkəsinin 47-də, o cümlədən Azərbaycanla həmsərhəd ölkələrdə də qeydə alınıb. Gətirilmə hal nəticəsində Ölkəmizdə də tək-tək hallarda qızılca qeydə alınır. Bunların 70 faizi böyük yaşlı, məsələn, 1988-2000-ci illərdə anadan olmuş insanlardır. Aparılan təhlillər göstərilir ki, bu insanlar vaxtında peyvənd olunmayıb. Bu xəstələrin həm laborator müayinəsi, həm son diaqnozunun dəqiqləşdirilməsi işi tamamlanmaq üzrədir. Bizim ərazi gogoyena-epidemologiya mərkəzləri, ərazi tibb müəssisələri tərəfindən həm profilaktik, həm də əks-epidemik tədbirlər aparılır. Peyvəndlə əhatə faizinin tam yaxşı olması ilə əlaqədar uşaqlar arasında bu xəstəlik bir o qədər qeydə alınmır. Ona görə hazırda əsas təbliğatımız odur ki, uşaqları peyvəndə cəlb etsinlır”.
A. Əliyeva bu ilin martın sonlarında ölkədə böyüklər arasında əlavə immunlaşdırma tədbirlərinin aparılması üçün qızılca məxmərək əleyhinə vaksin gətiriləcək: "Bu, qızılca məxmərək əleyhinə kombinə olunmuş vaksindir. Həmin vaksindən istifadə edərək böyük yaşlı əhali arasında da əlavə immunlaşdırma tədbirlərinin aparılması planlaşdırılır. Hazırda vəziyyət nəzarət altındadır, yaxın zamanda tək-tək qeydə alınan xəstəliklərin də qarşısı alınacaq”.
Qeyd edək ki, bu gün pediatr Erkin Rəhimov Azərbaycanda və dünyada son 2 ildə qızılca xəstəliyinin yayıldığını deyib. O, bu hlın peyvənddən imtina ilə bağlı olduğunu deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət