Dərc edildi: Baxış sayı: 376
Azərbaycanda qızıl hasilatçısı səhmdarlarına 3,4 mln. dollar dividend ödəyib
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2018-ci ilin IV rübündə səhmdarlara 3,4 mln. ABŞ dolları məbləğində dividend ödəyib.
“Report” bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir.
Məlumata görə, hər səhm üzrə dividendin məbləği 0,03 dollar təşkil edib.
Qeyd edək ki, 8 oktyabr 2018-ci il tarixinə "Anglo-Asian Mining Plc."nin dövriyyədə 114 392 024 ədəd səhmi olub. Bunun da 43,44%-i 6 səhmdarın - Reza Vaziri, Governor John Sununu, Limelight industrial developments, Khosrow Zamani, Richard Round, Prof John Monhemius payına düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət