Azərbaycanda QHT-lər illik maliyyə hesabatlarını Ədliyyə Nazirliyinə də təqdim edəcək
Nazirlər Kabineti 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na dəyişiklik edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək. İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət