Azərbaycanda qəza təhlükəli yol sahələrinin və qəza ocaqlarının interaktiv xəritəsi yaradılacaq
Növbəti iki il ərzində Azərbaycanda qəza təhlükəli yol sahələrinin və qəza ocaqlarının interaktiv xəritəsi yaradılacaq.
“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.
Dövlət Proqramında həmçinin, “Yol nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması da nəzərə tutulub.
Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bu işlər üzrə digər icraçı qurumlar sırasında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət