Dərc edildi: Baxış sayı: 582
Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı
Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.
Avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib.
Digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə barədə DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
Ens.az Oxu.Az-a istinadən polkovnik Şahin Mirzəyevin fotolarını təqdim edir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət