Dərc edildi: Baxış sayı: 974
Azərbaycanda qatar relsdən çıxıb aşdı
Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.
O bildirib ki, vaqonların yükü taxta materiallarından ibarət olub:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət