Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda Qarabağ atlarının cins tərkibinin müəyyənləşdirilməsi üçün komissiya yaradılacaq

Azərbaycanda Qarabağ atlarının cins tərkibinin müəyyənləşdirilməsi üçün komissiya yaradılacaq
Sakura

Azərbaycanda Qarabağ atlarının cins tərkibinin müəyyənləşdirilməsi üçün komissiya yaradılacaq

“Azərbaycanda Qarabağ atların bonitirovkasını (müqayisəli qiymətləndirmə) həyata keçirilməsi üçün komissiya yaradılacaq”.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov bildirib.

Onun sözlərinə görə, komissiyanın tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarından mütəxəssislər cəlb ediləcək.

Nazirlik rəsmisi atların bonitirovkası ilə bağlı danışarkən deyib ki, Qarabağ Atçılıq Kompleksində saxlanılan 230 at arasında Qarabağ atlarının keyfiyyətinə daha çox uyğun gələnlərin müəyyənləşdirilməsi istiqamətində iş aparılacaq: “Yəni sözügedən atlar arasında hansı daha çox Qarabağ atlarının keyfiyyətinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün seleksiyaya  başlanılacaq”.

Tipik dağ minik atı olan Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Qarabağ atları, əsasən, qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar.

Xatırladaq ki, hazırda Qarabağ Atçılıq Kompleksində 230 baş at, o cümlədən 50 baş ana madyan və 6 baş törədici ayğır saxlanılır. Atlar damazlıq istiqamətində yetişdirilir. Bu il də 60-65 bala alınması gözlənilir. Hazırda madyanlar balavermə dövrünü yaşayır. Bu günə qədər 30 bala alınıb. Balalar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir. Bu atların bir qisminə təlim keçirilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR