Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi hazırlanacaq
Prezident Administrasiyası inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman”da əksini tapıb.
Nazirlər Kabineti isə hazırlanan hüquqi aktların layihələrinin və qüvvədə olan hüquqi aktların qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq monitorinqinin həyata keçirilməsi ilə bağlı tədbirlər görməlidir. Eyni zamanda Nazirlər Kabineti aparılmış monitorinqin nəticələri ilə bağlı təkliflərini qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq Prezident Administrasiyasına təqdim etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət