Dərc edildi: Baxış sayı: 762
Azərbaycanda qanunsuz ov edən ərəb cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub.
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət