Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda qadın böyrəyini qardaşının həyat yoldaşına bağışlayıb

Azərbaycanda qadın böyrəyini qardaşının həyat yoldaşına bağışlayıb
Sakura

Azərbaycanda qadın böyrəyini qardaşının həyat yoldaşına bağışlayıb

Azərbaycanda qadın böyrəyini qardaşının həyat yoldaşına bağışlayıb.

Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, Respublika Diaqnostika Mərkəzinin (RDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsi tərəfindən 2019-cu ildə həyata keçirilən son böyrəkköçürmə əməliyyatı əlamətdarlığı ilə qeyd olunub. 

Belə ki, klinikaya müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb. Uğurlu əməliyyat urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə icra olunub.

"Pasiyentimiz uzun müddət idi ki, əziyyətli hemodializ senasları alırdı. Bu da orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Qohumları arasında nəticəsiz uyğun donor gözləmələrinin sonunda kömək əlini baldızı uzatdı. Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı. 2019-cu ildə son böyrəkköçürmə əməliyyatımız da uğurla keçdi, köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə sağlam şəkildə yazıldılar. Bu əlamətdar hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı və Yeni ili daha sağlam və gümrah qarşılamaqlarına səbəb oldu", - şöbə müdiri, Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi, cərrah-uroloq Rəşad Şolan qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR