Dərc edildi: Baxış sayı: 482
Azərbaycanda poçtalyonların fəaliyyətinə nəzarət edəcək mobil əlavə istifadəyə veriləcək
Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC “Postman” adlı mobil əlavəsini təqdim edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, texnoloji həll 3-6 dekabr tarixlərində keçiriləcək “Bakutel-2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “Azərpoçt”un stendində nümayiş olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət