Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı monitorinq sistemi yaradılacaq

Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı monitorinq sistemi yaradılacaq
Sakura

Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı monitorinq sistemi yaradılacaq

“Övladlığa götürülən uşaqlar üzərində nəzarət həyata keçiriləcək”.

Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.

Onun sözlərinə görə, yeni qanunvericilikdə övladlığa götürmə prosesində əsas yükü sosial işçilər daşıyacaqlar: “Həmin sosial işçilər DOST mərkəzlərində fəaliyyət göstərəcəklər. Onlar övladlığa götürmə prosesinin özündə və prosesdən sonra valideynlər, eyni zamanda övladlığa götürülən uşaqların həyat şəraitinin yoxlanması üzrə monitorinq həyata keçirəcəklər. Bu monitorinqlər övladlığa götürülən uşağın 18 yaşına qədər davam edəcək. Birinci il monitorinqlər rüblük olacaq, sonra isə illik monitorinq aparılacaq. Artıq monitorinqlərin hansı formada aparılması və digər şərtlərlə bağlı layihə hazırlanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR