Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda övladlarına qeyri-ənənəvi ad qoymaq istəyən valideynlərə xəbərdarlıq ediləcək

Azərbaycanda övladlarına qeyri-ənənəvi ad qoymaq istəyən valideynlərə xəbərdarlıq ediləcək
Sakura

Azərbaycanda övladlarına qeyri-ənənəvi ad qoymaq istəyən valideynlərə xəbərdarlıq ediləcək

Valideynlər dünyaya yeni gəlmiş övladlarına ənənəvi olmayan adlarla bağlı müraciət etdikdə, onlara elektron qaydada xəbərdarlıq ediləcək. 

ONA-nın xəbərinə görə, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, bu funksiya “myGov” layihəsi çərçivəsində istifadəyə verilən “Şəxsi kabinet”ə inteqrasiya olunub. 

“Bu xidmət vasitəsilə valideynlər dünyaya yeni gələn övladlarına elektron qaydada ad verə biləcək. Sistem üzərindən uşağa ad verildiyi zaman, adın mənası avtomatik olaraq göstəriləcək. Belə ki, bəzi hallarda valideynlər övladlarına adın mənasını bilmədən qoyurlar. Bəzən qız uşağına oğlan adı və ya ənənəvi olmayan ad qoyulur. Belə olan təqdirdə də sistem üzərindən müvafiq xəbərdarlıq çıxacaq. Ad verdikdən sonra ata və ananın soyadlarına uyğun olaraq, soyad təklifləri də göstəriləcək ki, bu da valideynlərə soyadları hansı formada seçə biləcəklərinə imkan yaradacaq”, - deyə F. Cəfərov bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR