Slimfit
  1. TEXNOLOGİYA

Azərbaycanda ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq

Azərbaycanda ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq
Sakura

Azərbaycanda ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq

Azərbaycanda ödənişsiz VPN (Virtual Private Network – Virtual Özəl Şəbəkə) xidmətləri istifadəçilərin şəxsi məlumatlarının satışı ilə gəlir əldə edir.

Ens.az Xezerxeber.az-a istinadən xəbər verir ki,bu barədə İnnovasiya Agentliyinin məlumatında deyilir

Qeyd olunub ki, bu tipli şirkətlərin çoxunun məqsədi təhlükəsizlik və məlumatlarınızın qorunması deyil, "pulsuz" xidmət vasitəsi ilə mümkün qədər çox istifadəçi cəlb edib, onların şəxsi məlumatlarını satmaqdır. VPN texnologiyası vasitəsi ilə internetə çıxış aralıq server vasitəsilə həyata keçirilir.

"Ödənişsiz VPN-lərin 72 %-i sizin məlumatlarınızı 3-cü tərəflərə ötürür. Yəni daxil olduğunuz saytlar, yazdığınız mesajlar - hər bir məlumat 3-cü şəxslərə əlçatan olur. Bu məlumatlar analiz üçün, ödəniş və digər məxfi məlumatların oğurlanması üçün istifadə oluna bilər. Ödənişsiz VPN-lərin 38%-i zərərverici proqram daşıyıcısıdırlar", - məlumatda bildirilir.

Əlavə olaraq bildirilib ki, ödənişsiz VPN-lər üzərindən gələn trafik dəyişdirilərək istifadəçi cihazına istənilən zərərli proqram təminatı və arzuolunmaz reklam yerləşdirilə bilər. Məhz buna görə onlardan istifadə etmək tövsiyə olunmur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR