Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda növbəti devalvasiya gözlənilirmi?

Azərbaycanda növbəti devalvasiya gözlənilirmi?
Sakura

Azərbaycanda növbəti devalvasiya gözlənilirmi?

Son günlər neft qiymətlərinin aşağı düşməsi cəmiyyətdə devalvasiya ajiotajı yaradıb, vətəndaşlar manatı dollara çevirmək üçün banklara axışırlar. Buna baxmayaraq, ekspertlər bildirir ki, əhali nə qədər dollar alacaqsa, manat da bir o qədər zəifləyəcək və bu da ölkədə məhsulların qiymətinin qalxmasına səbəb olacaq. Mövzu ilə bağlı iqtisadçı alim Elçin Süleymanov EDNews-a şərh verib.

Elchin Suleymanov adlı şəxsin şəkli.

“Hazırkı vəziyyət 2015-ci ildən biraz fərqlidir. 2013-2014 illərdə Dövlət Neft Fondunun büdcəyə transferi on min dollardan çox idi və qiymət düşüncə və Mərkəzi Bankın rezervləri 4 milyard dollardan da aşağı düşüncə devalvasiyaya məcbur olundu. İndiki halda əhalinin ajiotajı olmazsa düşünmürəm ki, devalvasiya riski olsun”,- deyə E.Süleymanov bildirib.

Ekspertin sözlərinə görə, qısa zamanda hazırkı vəziyyətin büdcəyə birbaşa təsiri azdır.

Dövlət Neft Fondu və 6.4 milyardlıq Mərkəzi Bank rezervi müəyyən qədər qoruyucu yastıqdır. Hazırda hökümətin operativ davranması onu deməyə əsas verir ki, hələlik devalvasiya olmayacaq. Amma bu müddətin uzanması halında qənaət rejiminə keçilməsinə zərurət yarana bilər. Bu rejimdə də daha çox investisiya layihələrini azaltmaq və vəsaitlərin xərclənməsinə nəzarətin artırılması müsbət effekt verə bilər.

Son iki gündür bankların istədiyi həcmdə valyutanı Mərkəzi Bankdan ala bilmək imkanı var. Hətta bugünkü hərracda müəyyən qədər tələb azlığı da yaşanıb. Dolayısıyla yaxın günlərdə devalvasiya gözləmirəm. Amma neft qiymətinin uzun müddət aşağı olması vəziyyətinə uyğun hazırlıqlar olmalıdır. Bir neçə neft ölkəsində iqtisadi tədqiqat mərkəzlərinə dövlət neft qiymətlərinin hər beş dollarlıq artış və azalışına görə ssenarilər hazırlanması sifariş edilir. Düşünürəm ki, bizdə də ən qısa zamanda bu cür hesabatlar sifariş edilməli və simulyasiya proqramları hazırlanmalıdır.

Dolları vətəndaşlarımız daha çox yığım məqsədli alır. Bu dollar məzənnəsinin qalxabiləcəyi qorxusu ilə edilir. Amma pul kütləsi nəzarətdə saxlanılırsa, alınan dollarları yenidən iqtisadiyyata qazandırmaq mümkündür. Misal olaraq, SOCAR istiqrazı kimi bənzər alətlərlə hökumət valyuta eytiyatlarını artıra bilir.

Bununla bağlı vətəndaşlara hansı məsləhəti vermək istərdiniz?

-Vətəndaşlara məsləhətim, ajiotaj yaratmamalarının manatı qorumağa kömək edəcəyidir. Məsələn, saatlarla növbədə durub 500 dollar alacaqları işləmi mobil tətbiqlərlə bir neçə saniyədə evlərindən idarə edə bilərlər. Bu növbə görüntüsü insanları təşvişə salır. Ona görə soyuqqanlı davranmaq lazımdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR