Dərc edildi: Baxış sayı: 350
Azərbaycanda neft və qaz hasilatı artıb
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25,795 mln. ton xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 25 760,6 min tonu əmtəəlik xam neftin payına düşüb.
Bu ilin 8 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,9% artıq olub.
Hesabat dövründə ölkədə 19 542,4 mln. kubmetr qaz hasil edilib ki, bu həcm ötən ilin müvafiq dövründən 4,6 % çoxdur.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda hasil olunan təbii qazın 12 117,1 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 0,5% çox olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət