Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 dəfə artıb

Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 dəfə artıb
Sakura

Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 dəfə artıb

2022-ci ildə Azərbaycanda neft sektoru üzrə mənfəət vergisi daxilolmaları 5 910,3 milyon manat olub ki, bu da proqnoza nisbətən 3 020,3 milyon manat və yaxud 2 dəfə, 2021-ci illə müqayisədə isə 4 759,4 milyon manat və yaxud 5,1 dəfə çoxdur

“Report” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.

Sənədə əsasən, daxilolmaların 8,7 %-i və yaxud 516,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR), 91,3 %-i və yaxud 5 393,9 milyon manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların payına düşüb.

Neft sektoru üzrə mənfəət vergisinin artması xam neftin ixrac qiymətinin dövlət büdcəsinin hesablanması zamanı təsdiq edilmiş göstəricidən 21,9 % (fakt 103,6 ABŞ dolları), təbii qazın qiymətinin isə 2 dəfə (fakt 1439,5 EURO) çox olması ilə əlaqədar Azərbaycanın ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan ödəyiciləri və SOCAR üzrə mənfəət vergisinin artması ilə bağlıdır.

ƏDV üzrə 5 718,7 milyon manat proqnoza qarşı icra 6 946,2 milyon manat və yaxud 1 227,5 milyon manat (21,5 %), 2021-ci illə müqayisədə isə 1 731,8 milyon manat və yaxud 33,2 % çox olub.

ƏDV üzrə daxil olan vəsaitin 94,8 %-i və yaxud 6 584,5 milyon manatı qeyri-neft sektorunun, 5,2 %-i və yaxud 361,7 milyon manatı neft sektorunun payına düşüb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR