Dərc edildi: Baxış sayı: 426
Azərbaycanda nazirlər qan verdi
Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, həmçinin cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədilə bu gün Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Gənclər və İdman naziri Azad Rəhimovun, Mədəniyyət naziri Əbülfəz Qarayevin iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə bərabər, KATV1 kabel televiziyasının, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri də qatılıb.
Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda gerçəkləşən aksiyada 150-dən çox insan iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət