Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda nazirə yeni müavin təyin edildi

Azərbaycanda nazirə yeni müavin təyin edildi
Sakura

Azərbaycanda nazirə yeni müavin təyin edildi

Naxçıvan Muxtar Respubilkasının maliyyə nazirinə müavin təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Muxtar Respublikanın Ali Məclisinin sədr müavini Anar İbrahimov iyunun 7-də Elvin Əlimərdanovun maliyyə nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Qeyd edək ki, Elvin Yusif oğlu Əlimərdanov əmək fəaliyyətinə 2013-cü ildə Kəngərli rayon İcra Hakimiyyətində başlayıb, daha sonra Kəngərli rayon Vergilər Şöbəsində, Naxçıvanqaz İstehsalat Birliyində və Naxçıvan Şəhər İcra Hakimiyyətində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. Həmçinin, eyni illərdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində maliyyə istiqaməti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 21 yanvar 2022-ci il tarixində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin İqtisadiyyat departamentinin müdiri vəzifəsinə, həmin ilin 11 fevralında isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin edilib.

Elvin Əlimərdanov maliyyə sahəsi üzrə bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir və “Mühasibat uçotu” adlı dərs vəsaitinin müəllifidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR