Azərbaycanda NATO Həftəsi keçiriləcək
Azərbaycanda NATO Həftəsi keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə təşkilatdan bildiriblər.
Məlumatda qeyd olunur: "Biz Azərbaycanda NATO Həftəsi çərçivəsində sentyabrın 20-i "Qadınlar, sülh və təhlükəsizlik" mövzusunda konfransın keçirilməsi barədə Azərbaycanın təklifini alqışlayırıq".
NATO-dan bildiriblər ki, Azərbaycanla əməkdaşlıq 2017-2019-cu illər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (IPAP) razılaşdırılıb.
Qeyd olunub ki, bu plan NATO ilə Azərbaycan arasında sıx münasibətləri əks etdirən, gələcəyəyönümlü plandır:
"Azərbaycan həmçinin qadınların təhlükəsizlik sahəsində fəal iştirakının təmin olunmasında fəaliyyətini aktivləşdirməyə hazır olduğunu bəyan edib. Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır və bizim təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tariximiz var. NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini, eləcə də Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hazırlanmasında NATO-ya köməyi üzrə səylərini yüksək qiymətləndirir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət