Slimfit
  1. İDMAN

Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı xüsusi təkliflər paketi hazırlanır

Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı xüsusi təkliflər paketi hazırlanır
Sakura

Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı xüsusi təkliflər…

Dünya Bankı Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı xüsusi təkliflər paketi hazırlayır.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) "Report"a verilən məlumata görə, bununla əlaqədar mərkəzi ofisi Danimarkada yerləşən ekoloji sahə üzrə ixtisaslaşmış COWI konsaltinq şirkətinin nümayəndələri mövcud durumu öyrənmək üçün Azərbaycana səfər edib.

Şirkətin baş mütəxəssisi Henrik Qrill keçirdiyi görüşlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) da olub. Ona son illər ərzində velosipeddən istifadə hallarının xeyli artması barədə məlumat verən AzVİF-in baş katibi Fərhad Əliyevfederasiya tərəfindən həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin böyük fayda verdiyini deyib. 

Baş katibin sözlərinə görə, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamına əsasən, “Yol Hərəkətinin Təhlükəsizliyinə dair” 2019 – 2023-cü illər üçün Dövlət Proqramı"na “Velosiped zolaqlarının və duracaqlarının yaradılması” haqqında bəndin salınması dövlətin bu sahənin inkişafında maraqlı olduğunun daha bir göstəricisidir. Üstəlik, Azərbaycanın öz milli velosiped brendinin olması da ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsindən istifadənin artmasnı şərtləndirən amillərdəndir.

H.Qrill isə federasiyanın həyata keçirdiyi təbliğat işlərini yüksək qiymətləndirərək Azərbaycanda olacağı müddət ərzində bir sıra dövlət qurumları ilə görüşlər həyata keçirdiyini və müzakirələrin qarşıdakı günlərdə də davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrinin istifadəsini genişləndirməkdir və bununla bağlı xüsusi təkliflər hazırlanıb Azərbaycan hökumətinə təqdim ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR