Dərc edildi: Baxış sayı: 483
Azərbaycanda müflisləşmə reyestri yaradılacaq
Azərbaycanda yeni dövlət reysteri yaradılacaq. FaktXəbər-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatı”nda qeyd edilib.
Sənəddə qeyd edilib ki, müflisləşmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və iflas reyestrinin yaradılması məqsədilə beynəlxalq təcrübə araşdırılıb, araşdırmaların nəticəsi və ölkə perspektivi nəzərə alınmaqla, onlayn “Müflisləşmə və ya iflas reyestri”nin yaradılması ilə bağlı təkliflər hazırlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət