Azərbaycanda möhtəşəm dizayn tədbiri keçiriləcək
Azerbaijan Design Summit – Azərbaycan Dizayn Zirvəsi dizayn sahəsində sözünü demiş ustaların və yeni başlayanların görüş yeridir. Qeyri-adi ideya sahiblərinin fikir mübadiləsi etdiyi, dizaynın mövcud durumundan danışdığı bu tədbir öz sürpriz qonaqları və maraqlı hədiyyələri ilə də ürəyinizcə olacaq.
Tədbir haqqında yeniliklərdən xəbərdar olmaq və qeydiyyatdan keçmək üçün Azerbaijan Design Summit səhifəsini izləmək yetər. İştirak ödənişsizdir.
Azerbaijan Design Summit 16 iyun saat 12:00-da Bakı Gənclər Mərkəzində keçiriləcək.
Rizvan Bağırlı:
UNEC Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 12 illik dizaynerlik təcrübəsinə malikdir. "Organic Ogilvy" reklam agentliyində qrafik dizayner, “McCann Baku” reklam agentliyində qrafik dizayner, art-direktor kimi çalışıb. “Bakcell”, “Coca-Cola”, “Unilever”, “Eti”, “MasterCard”, “Norm Sement”, “Gilan Holding”, SOCAR kimi qlobal və yerli şirkətlərin vizual kommunikasiya işlərində iştirak edib. 2018-ci ildən “Code Academy”də qrafik və veb-dizayn müəllimi, eyni zamanda art-direktordur. “Adobe Photoshop” üzrə “Adobe Certified Expert” adı qazanmış ilk azərbaycanlıdır.
Elnur Babayev:
ÖDTÜ-nün Sənaye dizaynerliyi fakultəsindən məzun olub. İstər qrafik dizayn, istərsə də məhsul dizaynı sahəsində gördüyü işlər dünyanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb. Hazırladığı sosial posterlər xarici ölkələrdə keçirilən poster müsabiqələrində bir neçə dəfə qalib olub və 20-dən çox ölkədə nümayiş edilib. Safee layihəsi bütün dünyada rezonans doğurub. Belə ki, bu layihə BBC, Mirror, Yahoo, 9gag kimi saytlarda müzakirə olunub.
Ramin Nəsirov
“Azerbaijan Design Award” layihəsinin həmtəsisçisi və təşkilatçısıdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. “ISR Holding”, “Altes Group”, “C Hotels Group”, “Gilan Holding”, “Bakı Şərab - 2” zavodu, “Azersun Holding” kimi şirkətlərdə çalışıb. “Natura” meyvə şirələri, “Men” arağı, “Zeytuna” zeytun yağı, “Saville” nar şirəsi, “Fruit & life” mürəbbə və kompot, “Bizim tarla” konfitur və cem, “Super Sun” hazır yeməklər və s. markaların dizaynı ona aiddir.
Aynur İsayeva:
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssam-modelyer fakültəsinin məzunu olub. 2005-ci ildə "Art Gallery" məkanında fərdi sərgisi açılıb. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “3Dost” reklam agentliyində bir müddət həm rəssam, həm də qrafik dizayner olaraq çalışıb. Calligraphy və lettering ilə məşğuldur.
Sabiha Hande Tanriverdi
İzmir Texnologiya İnstitutunu Memarlıq fakültəsini bitirib. Əsərləri müxtəlif beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Arxitektura jurnallarında məqalələrlə çıxış edib. Azərbaycan, Türkiyə, Dubay, Qətər, Almaniya daxil olmaqla bir çox ölkədə fəaliyyət göstərən “Art Atelier Design Bureau” şirkəti ilə əməkdaşlıq edir. Azərbaycanda həyata keçirilmiş interyerlerin arxitekturası layihəsi üzrə birinci mükafatı qazanıb.
Qeydiyyat sayt vasitəsi ilə olacaq.
Web: www.azerbaijandesignsummit.az
Facebook: azerbaijandesignsummit
Instagram: azerbaijandesignsummit
Linkedin: azerbaijandesignsummit
Əlavə olaraq bildirək ki, FAM Group Media şirkəti tədbirin Silver Sponsoru, Ens.az saytı isə media tərəfdaşıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət