Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda mobil operator internet paketlərində tariflərə dəyişiklik edir

Azərbaycanda mobil operator internet paketlərində tariflərə dəyişiklik edir
Sakura

Azərbaycanda mobil operator internet paketlərində tariflərə dəyişiklik edir

2019-cu il yanvarın 9-dan “Azercell” MMC fakturalı xətt sistemində mövcud olan “4GB=9 manat” internet paketini ləğv edir.

Trend bu barədə rəsmi mətbuatda dərc olunan məlumata istinadən bildirir.

Həmin paketə qoşulmuş abunəçilər 30 gün müddətində bu paketdən istifadə edə bilər. “4GB=9 manat” paketi avtomatik olaraq “5GB=8 manat” paketi ilə əvəz olunacaq.

Bundan başqa, fakturasız xətt (SimSim) sistemində mövcud olan “18GB=24 manat” paketi də ləğv olunaraq “10GB=15 manat” paketi ilə əvəz edilir. Bu paketi də 30 gün müddətində istifadə etmək mümkün olacaq.

Dəyişikliklər həmçinin həm fakturalı, həm də fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulmuş “100MB=2 manat” paketinə şamil olunur. Bu, “60MB=1 manat” paketi ilə əvəz olunacaq.

Həm fakturalı, həm də fakturasız xətt abunəçiləri nəzərdə tutulmuş aylıq “50MB” paketi “60MB” ilə əvəz olunacaq, lakin istifadə müddəti 15 günədək azaldılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR