Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin artıb

Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin artıb
Sakura

Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 880 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,3% azalaraq 899 ədəd təşkil edib.

Məlumata əsasən, bu ilin 10 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR