Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda məşğul əhali harada işləyir?

Azərbaycanda məşğul əhali harada işləyir?
Sakura

Azərbaycanda məşğul əhali harada işləyir?

Bu il dekabrın 1-i vəziyyətinə görə, rəsmi mənbələr Azərbaycanda iqtisadi fəal əhalinin sayının 5 milyon 137 min nəfər olduğunu və onlardan 4 milyon 884 min nəfərin məşğul əhali sayıldığını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 552 min nəfər olub.

Onlardan dövlət sektorunda 884,7 min nəfər, qeyri-dövlət sektorunda isə 668,1 min nəfər çalışır. Neft sektorunda işləyənlərin sayı 33,9 min nəfər təşkil edib. Qeyri-neft sektorunda isə 1 milyon 518 min nəfər işləyir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,4 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR