Dərc edildi: Baxış sayı: 638
Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb
Azərbaycanda mənzillərin orta aylıq kirayə haqqı avqust ayında artmağa başlayıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Rəsmi statistikaya əsasən, avqustda mənzillərin orta aylıq kirayə haqqı əvvəlki ayla müqayisədə 0,6% artıb. Avqustda orta aylıq xidmət haqqı 92,11 manat təşkil edib.
Xatırladaq ki, 2018-ci ilin yanvar ayında xidmət haqqı 0,1% bahalaşsa da, fevral-mart ayları ərzində qiymət sabit qalıb, daha sonra aprel ayında 0,2% ucuzlaşma qeydə alınıb. May ayında isə 0,4% artıb, iyun ayında sabit qalan rəqəm, iyul ayında 0,1% azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət