Dərc edildi: Baxış sayı: 616
Azərbaycanda məktəblərdə süni intellekt dərsləri keçiriləcək
Ümumi təhsildə STEP yanaşmasının tədbiqi prioritet məsələlərdən biridir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimində deyib. Onun sözlərinə görə, bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsi və şagirdlərdə XXI əsr bacarıqlarının formalaşmasını nəzərdə tutur.
C.Bayramov qeyd edib ki, növbəti tədris ilində məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tədbiqi planlaşdırılır.
"Ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirləri davam etdirilib. 2003-2018-ci illərdə ölkədə 2200-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib. Nəticədə 2 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu istiqamətdə tədbirlər bu il də davam etdiriləcək. Ölkədə qəzalı məktəblərin problemi həll ediləcək".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət