Dərc edildi: Baxış sayı: 759
Azərbaycanda maska istehsal edən müəssisə işə başlayır
Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
"Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır. Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var", - İ.Məmmədov qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət